Azerbaijan, Baku, Old City, Mirza Shafi 9. +994 50 700 20 82; +994 12 497 20 82; +994 12 497 20 83 office@denizinn.az

Şəki Turu

Şəki, Azerbaycan

  • Tarixi

    Şəki rayonu 1968-ci ilədək Nuxa adlandırılıb. 1931-ci ildə təşkil olunmuş, 1963-cü ildə rayonun ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verilmiş, 1965-ci ildə yenidən ayrıca rayon olmuşdur.

    Tarixi abidələri

    Şəki şəhəri Azərbaycan tarixində mühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid “Gavur” qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan “Gələrsən görərsən” qalası qorunur.

Coğrafi mövqeyi

Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.

Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.

Relyefi

Şəki dəniz səviyyəsindən 500–850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000–3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.

Təbiəti

Şəkinin təbiəti çox rəngarəngdir.

İqlimi

Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.

Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.

Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.

 

Shaki Caravanserai

Ancient house in Shaki

Shaki House of Culture

Front view of Albanian church

Shaki fortress

Khan’s Palace of Shaki

 

 

 

 

 

Dəniz səviyyəsindən 500–850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.

Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.