Azerbaijan, Baku, Old City, Mirza Shafi 9. +994 50 700 20 82; +994 12 497 20 82; +994 12 497 20 83 office@denizinn.az

Qəbələ Turu

Qəbələ, Azərbaycan

Qəbələ — Azərbaycanda şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. 7 fevral 1991-ci ilə qədər Qutqaşen adlanmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 86300 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir.

Tarixi

Qəbələ Böyük Plinidə (23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə (70-147-ci illər) adı çəkilən “Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı” Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka , “Erməni coğrafıyası”nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir.

 

Coğrafiyası

Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.Qəbələ rayonun Məmmədağali kəndinin yağinliğinda dəmirağac meşəliyi tapilmişdir.Burada bu ağaclardan 60-a qədərdir bu ağaclarin yaşi təxminən 350-dir. Təəsuf ki bu ağaclar qorunmur.

İqtisadiyyatı

Qəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələd bir neçə müasir hotel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib.

Abidələri

Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında “Ay işığı” istirahət zonası, Nohur gölünün sahilində “Sahil” istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir.