Azerbaijan, Baku, Old City, Mirza Shafi 9. +994 50 700 20 82; +994 12 497 20 82; +994 12 497 20 83 office@denizinn.az

HAQQIMIZDA

HAQQIMIZDA

Deniz Inn Boutique Hotel Bakının tarixi mərkəzində yerləşir. Otelin uğurlu yerləşməsi oradakı qalma müddətini xüsusilə xoş və rahat edir. Buradan “Qız qalası”, dəniz kənarı bulvar, “Şirvanşahlar Sarayı”, teatrlar, filamoniya və məşhur funikulyora çox yaxındı.

Otelimiz xüsusilə ezamiyyətə gələnlər üçün ideal seçimdir, çünkü işgüzar görüşlər, konfranslar və seminarlar, bir qayda olaraq şəhər mərkəzində həyata keçirilir.

Otelin yerləşdiyi sakit və doğma Bakı həyəti, xüsusi bir ev abu-havası yaradır, rahatlıq verir və insanı keçmişə qaytarır.

Bizimlə, böyük şəhərin gündəlik həyəcanından uzaqlaşmaqla, rahatlaşa və gücünüzü bərpa edə bilərsiniz.

Şəhərimizi görmək, romantizmini hiss etmək, günəşli, açıq mavi səma və dənizdən zövq almaq – hər bir turistin arzusudur. Siz də elə!

Tətilinizi Bakıda keçirmək qərarına gəlsəniz, Bakı mehmanxanaları tərəfindən təklif olunan xidmət və şəraitləri nəzərdən keçirib çoxsaylı təkliflər arasında seçim etməli olacaqsınız.
Bakıdakı mehmanxanaların sayı və xidmət növlərini nəzərə alsaq bunu etmək asan olmayacaq.

Biz inanırıq ki, “Deniz Inn” otelini tanıdıqdan sonra seçiminizi bizdə dayandırıb otelimizdə qalmağa qərar verəcəksiniz.

Günün və ya gecənin istənilən vaxtında otelin diqqətli və qayğıkeş heyəti xidmətinizdədir. Şəhərdəki gəzinti yerlərinin bildirilməsi, restoranda masa sifarişi, taksi sifarişi, teatr və kino biletlərinin sifarişində əməkdaşlarımız məmnuniyyətlə köməklik göstərəcəklər.

Hər bir qonağımızın xoş və rahat istirahəti – bu bizim əsas məramımızdır!

Deniz Inn otelinin yerləşdiyi bina rekonstruksiya edilmiş keçmiş malikanədədir. Binanın qalın və etibarlı divarları sizi şəhərin səs-küyündən qoruyacaq, yayda sərinləşdirəcək və qışda soyuqdan qoruyacaqdır.

Otelin daxili hissəsi zərif üslubda zövqlə hazırlanmışdır.

Kiçik və sakit otelimiz qonaqlara müxtəlif kateqoriyalı otaqları təklif edir.

Hər bir otaqda erqonomik mebel, böyük və rahat yataq, kondisioner, mini bar, seyf, LCD televizor və internet (pulsuz WI-FI) mövcuddur. Həmçinin müştərilərimiz ehtiyac duyarsa ödənişli camaşırxana və hava limanı nəqilyyat xidməti ixtiyarlarındadır.

Bir fincan çay və ya qəhvə içmək, kitab oxumaq, təmiz havada istirahət etmək istəsəniz, terasımız xidmətinizdədir.

Deniz Inn, həmçinin şəhərin mərkəzində ayrı-ayrı mənzillər (2, 3 otaqlı) təklif edir və gözəl ölkəmizin bölgələrinə turlar təşkil edir.